Tibb Universitetinə yeni prorektor təyin olundu - Foto

Azərbaycan Tibb Universitetində yeni təyinat olub.
Liderxeber.az-ın məlumatına görə, Anar Əzəm oğlu Ağayev bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Anar Ağayev 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajer assistent, 2005-2008-ci illər baş müəllim, 2008-2017-ci illər dekan müavini, 2017-2022-ci illər dekan, 2018-2025-ci illərdə isə professor vəzifəsində çalışıb.
2022-2023-cü illər TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illər TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illər TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, bu il aprelin 2-dən sentyabrın 9-na qədər TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.
Oxşar Xəbərlər:

