“Yoldakı bu qazıntıya görə 40 dəqiqə tıxacda qalmışıq” - Fotolar

Bakının Nərimanov rayonu, Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsindəki yolda görülən qazıntı işləri hərəkətə ciddi maneə yaradıb.
Bu barədə Liderxeber.az-a sürücülər müraciət edib.
Onlar bildirib ki, sözügedən ərazidəki qazıntı işləri uzun tıxaclara səbəb olur: “Onsuz da Bakının yolları hər gün tıxaclıdır. Qazıntılar, yol təmirləri vəziyyəti daha da pisləşdirir. Bu nə qazıntı işidir, bilmirik, məlumatımız yoxdur. Ancaq sürücülərin hərəkətinə problem yaradır, dünən təkcə həmin yolda 40 dəqiqə dayanmışıq. 40 dəqiqə yolda qalmaq nə deməkdir?!
Üstəlik, qazıntı işləri təkcə sürücüləri deyil, piyadaları da narahat edir. Çünki asfalt işıqfor olan yerdə dağılıb, vətəndaşlar yola keçəndə toz-torpağın içindən hərəkət edirlər”.
Məsələ ilə bağlı müvafiq olaraq “Azəriqaz” İB-nə də sorğu ünvanlamışıq.