Qəzaya görə bağlanan Bakı-Sumqayıt yolu açılıb

Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
“Sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib”, - məlumatda vurğulanıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 avqust 2025, Çərşənbə
Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək

11 aprel 2023, Çərşənbə axşamı
DYP yolun hərəkət hissəsində dayanan avtomobillərin sürücülərinə müraciət edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO