Yolu keçmək istəyən ana və məktəbli övladını maşın vurdu
Mingəçevirdə avtomobil yolu keçən ana və övladını vurub.
Liderxeber.az xəbər verir ki, şəhər ərazisində 1988-ci il təvəllüdlü Xəyal Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Yusifova Səfayə və onun övladı 2014-cü il təvəllüdlü Rüstəm Yusiblini vurub.
Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupdan sorğumuza cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
10 aprel 2025, Cümə axşamı
Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alan müəllimlərin son durumu açıqlandı
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"
