Sumqayıt-Novxanı yolunda qəza - Piyada öldü

Dünən gecə Sumqayıt-Novxanı yolunda ağır yol qəzası baş verib.
Liderxeber.az-ın məlumatına görə, hadisə saat 01:30 radələrində Saray qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Heybət Talıb oğlu Əliyev “Volkswagen” markalı avtomobillə yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Rəşid Zeydulla oğlu Fərzullayevi vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı