Motosiklet daş lövhəyə çırpıldı, sürücü öldü

Neftçalada ağır yol qəzası baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə sentyabrın 28-nə keçən gecə saat 23:30 radələrində Neftçala-Salyan avtomobil yolunun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Ərziman Məmmədtağı oğlu Fərəcovun sürücülük hüququ olmadan idarə etdiyi “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosiklet idarəetmədən çıxaraq yolun kənarında olan daş lövhəyə çırpılıb.
Nəticədə 46 yaşlı sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı