Evakuator daşıdığı yük maşını ilə birgə aşdı - Video-Yenilənib
Yevlaxda yük avtomobili qəzaya uğrayıb.
Liderxeber.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı yük maşınını daşıyan evakuator yağışlı havada sürüşərək aşıb.
Nəticədə evakuatorla birlikdə kuzada olan yük maşını da yolun hərəkət hissəsinə aşıb.
Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Araşdırma aparılır.
***
Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, hadisə bu gün saat 07:50-də Bakı-Qazax magistralının 288-ci kilometrliyində - üzü Qazax istiqamətində baş verib. Xəyal İsmayılovun idarə etdiyi evakuator manevr zamanı idarəetmədən çıxaraq aşıb.
Xəsarət alan olmayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
