Xırdalanda küçəni su basdı - Video

Xırdalanda yanğın hidrantında nasazlıq yaranıb.
Liderxeber.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, qurğudan güclü təzyiqlə su çıxıb, bu da ərazidə təhlükəli vəziyyət yaradıb. Həmçinin küçəyə axan su hərəkəti çətinləşdirib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda su xəttində qəza baş verib: “Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən təmir və bərpa işləri görülür”.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

28 avqust 2025, Cümə axşamı
Naxçıvan Sukanal İdarəsi müştəri informasiya sistemləri proqramına keçir