Pressa.az » Ölkə » Avtomobil kanala aşdı, sürücünün ayağı sındı - Fotolar

Avtomobil kanala aşdı, sürücünün ayağı sındı - Fotolar

03 oktyabr 2025, Cümə, 17:09
Avtomobil kanala aşdı, sürücünün ayağı sındı - Fotolar

Bərdədə idarəetmədən çıxan avtomobil kanala düşüb.

Liderxeber.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Elgün İdris oğlu Mustafazadənin sürdüyü “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarındakı kanala düşüb. Sürücü E.Mustafazadənin ayağı sınıb.

Hadisə yerinə FHN-in Bərdə yanğınsöndürən bölməsinin xilasediciləri gələrək sürücünü çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Avtomobilin kanaldan çıxarılması üçün iş aparılır.