Pressa.az » Ölkə » Naxçıvanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi

Naxçıvanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi

09 oktyabr 2025, Cümə axşamı, 17:39
Naxçıvanda 15 yaşlı qızla evlənən şəxs həbs edildi

Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmayan qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib.

Liderxeber.az xəbər verir ki, hadisə bu ilin aprelində Babək rayonunda qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Tural Abdulov (şərti) qonşu kənddə yaşayan 8-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Aytəni (şərti) qaçırıb.

Onlar Turalın evində ər-arvad kimi birgə yaşamağa başlayıblar. Lakin bir neçə gün sonra yetkinlik yaşına çatmayan şəxslə intim münasibətdə olan Abdulov barəsində cinayət işi açılıb və o, məsuliyyətə cəlb edilib.

Bildirilib ki, Tural 2024-cü il dekabrın 31-də - Yeni il gecəsi də Aytəni onun razılığı ilə evlənmək məqsədilə qaçırıbmış. Lakin həmin vaxt ailələr qısa müddət sonra qızın geri qaytarılması barəsində razılaşıbmış.

Babək Rayon Məhkəməsində T.Abdulov barəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış işə baxılıb. Məhkəmənin 2 oktyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. 18 yaşlı oğlan məhkəmə zalındaca qandallanıb.