Pressa.az » Ölkə » Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir - Fotolar

Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir - Fotolar

13 oktyabr 2025, Bazar ertəsi, 15:48
Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir - Fotolar

Paytaxt ərazisində sərnişinlərə xidmət göstərən daha bir marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

Liderxeber.az xəbər verir ki, 14 oktyabr tarixindən 93 saylı (Sabunçu qəsəbəsi – Dərnəgül NMM) müntəzəm marşrut xətti üzrə “Xaliq Faiqoğlu” şirkəti xidmət göstərəcək və avtobuslar yenilənəcək.

Gündəlik 12 min nəfərədək sərnişinin istifadə etdiyi marşrut üzrə xidmətə veriləcək CNG yanacaq növlü “King Long” markalı avtobuslar son texnoloji yeniliklərlə təchiz edilib və xətt üzrə xidmət keyfiyyətini artıracaq.

Qeyd edək ki, avtobusların yenilənməsi ilə 93 saylı marşrutda da gedişhaqqı tarifi 60 qəpik olacaq.