Trampın çıxışı zamanı etiraz etdilər, zaldan çıxarıldılar

İsraildə səfərdə olan ABŞ Prezidenti Donald Tramp ölkə parlamentində (Knesset – red.) çıxış edib.
Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ liderinin çıxışı zamanı insident baş verib.
Belə ki, Knessetin müxalif deputatları Ayman Ude və Ofer Kasif Trampın çıxışı zamanı Fələstin dövlətinin tanınmasına çağırış edən plakat qaldırıb və şüarlar səsləndiriblər. A.Ude və O.Kasif parlamentdə İsrail ərəblərinin maraqlarını təmsil edən “Hadash - Ta'al” blokundan deputatdırlar. Mühafizəçilər dərhal həmin deputatları zaldan çıxarıblar. Tramp isə hadisəyə görə nitqinə qısa müddət fasilə verməli olub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?

06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”