Pressa.az » Ölkə » Husilərin qərargah rəisi öldürüldü

Husilərin qərargah rəisi öldürüldü

16 oktyabr 2025, Cümə axşamı, 17:36
Husilərin qərargah rəisi öldürüldü

Husilərin "Ənsar Allah" qruplaşmasının qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Qəməri öldürülüb.

Liderxeber.az-ın "Aljazeera.net" nəşrinə istinadən xəbərinə görə, bu barədə "Ənsar Allah" qruplaşması məlumat yayıb.

Məlumatda qruplaşmanın tanınmış hərbi liderlərindən biri olan Məhəmməd Əbdül Kərim əl-Qəmərinin "vəzifə borcunu yerinə yetirərkən" öldüyü bildirilib.

Husilər bununla bağlı birbaşa ad çəkmədən, İsraillə münaqişənin bitmədiyini və onun "ciddi şəkildə cəzalandırılacağını" qeyd ediblər.