Pressa.az » Ölkə » Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar

Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar

17 oktyabr 2025, Cümə, 18:06
Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar

Yasamalda 5 ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, bu, Yasamalın A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli Bakı Baza Tibb Kollecinin, “Kontakt Home” və “İrşad Telecom”un qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində “Amber Hotel”in qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Məlumata görə, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.