“Taxtakörpü” su anbarından meyit tapıldı

Şabranda su hövzəsindən meyit tapılıb.
Liderxeber.az xəbər verir ki, hadisə oktyabrın 18-i saat 15 radələrində Şabrandakı “Taxtakörpü” su anbarında qeydə alınıb.
Anbardan üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılıb.
Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.