Pressa.az » Ölkə » Xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü

Xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü

20 oktyabr 2025, Bazar ertəsi, 15:26
Xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü

Gəncədə 71 yaşlı kişi xəstəxana binasından yıxılaraq ölüb.

Liderxeber.az xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, həmin şöbədə müalicə alan 1954-cü il təvəllüdlü Zahid Rzayev xəstəxananın ikinci mərtəbəsindən yıxılaraq hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.