Pressa.az » Ölkə » Külək güclənəcək - Xəbərdarlıq

Külək güclənəcək - Xəbərdarlıq

20 oktyabr 2025, Bazar ertəsi, 17:36
Külək güclənəcək - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Şirvanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.