Pressa.az » Ölkə » Bu istiqamətdə qatar reyslərinin sayı artırılır

Bu istiqamətdə qatar reyslərinin sayı artırılır

21 oktyabr 2025, Çərşənbə axşamı, 15:36
Bu istiqamətdə qatar reyslərinin sayı artırılır

8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.

Bu barədə Liderxeber.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək.

8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.