Bakıda daha bir mikromobillik zolağı təşkil edilir
Xaqani küçəsində mikromobillik zolağı təşkil edilir.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, daha əvvəl Xaqani küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsinədək təşkil edilən mikromobillik şəbəkəsi hazırda Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər uzadılır.
"Bununla da Xaqani küçəsində olan zolaqlar Bülbül prospektindəki zolaqlarla əlaqələndirilir.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir.
Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq", - deyə məlumatda qeyd edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
14 avqust 2024, Çərşənbə
"Formula 1": Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq
