Prezidentdən Şahin Abdullayev və Mütəllim Mirzəyevlə bağlı sərəncamlar
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin daha bir sərəncamı ilə Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
