“Bolt Business” və “Fairmont Baku” qonaqlara “Tesla” ilə səyahət imkanı təqdim edir
“Bolt“ və “Fairmont Baku” hoteli arasında qurulan əməkdaşlıq çərçivəsində paytaxtda yerləşən “Fairmont Baku” hotelin qonaqları üçün taksi sifarişi prosesi daha sürətli, rahat və müasir şəkildə həyata keçirilir.
Liderxeber.az xəbər verir ki, “Tesla” elektrik avtomobillərinin istifadəsi qonaqlara yüksək səviyyəli, lüks xidmət təqdim etməklə yanaşı, ətraf mühitin qorunmasına da əhəmiyyətli töhfə verir.
Bu təşəbbüs, “Fairmont Baku” hotelinin uzunmüddətli dayanıqlılıq məqsədləri ilə tam uyğunluq təşkil edir. Hotel karbon emissiyalarının azaldılması, ətraf mühitə və cəmiyyətə təsirin minimuma endirilməsi, eləcə də davamlı təcrübələrin gündəlik əməliyyatlara inteqrasiya olunması istiqamətində ardıcıl addımlar atır. İstifadəyə verilən elektrik avtomobilləri bu yanaşmanın real nümunəsidir və hotelin yaşıl gələcəyə dair öhdəliyini bir daha nümayiş etdirir.
“Bolt Business” bu əməkdaşlıq vasitəsilə hotellərə qonaq təcrübəsini zənginləşdirmək, sifariş prosesini optimallaşdırmaq və əlavə dəyər yaradan yüksək keyfiyyətli xidmət təqdim etmək imkanı verir. Xidmətlər “Bolt Business”in “Ride Booker” sistemi üzərindən təmin olunur və 24/7 fəaliyyət göstərən xüsusi elektrik avtomobil parkı tərəfindən dəstəklənir. Sifarişlər “Bolt” platforması üzərindən müstəqil tərəfdaş sürücülər tərəfindən icra olunur.
Razılaşmaya əsasən, hotel qonaqlarının istifadəsi üçün 14-ə qədər elektrik avtomobili (“Tesla” və digər ECO modellər) ayrılıb. Sifarişləri ya hotel əməkdaşları qonaqların adından, ya da qonaqlar öz “Bolt” tətbiqlərində yaradılmış xüsusi “Business” kateqoriyası vasitəsilə edə bilirlər. Ödəniş isə sürücüyə nağd və ya kartla həyata keçirilir.
“Bolt Business” xidmətləri şirkətin əsas missiyasının – “şəhərləri avtomobillər üçün yox, insanlar üçün yaratmaq” – daha bir addımıdır. Bu məqsədlə elektrik avtomobillərinin istifadəsi şəhərlərin daha yaşıl, ekoloji cəhətdən təmiz və insanlar üçün daha əlçatan olmasına xidmət edir.
“Bolt Business” satış departamentinin Azərbaycan, Paraqvay, Tailand və İsveçrə üzrə regional meneceri Andre de La Torre bildirib: “Biz hotel sektorunun “Bolt Business”ə göstərdiyi maraqdan məmnunuq. “Fairmont Baku” hoteli ilə əməkdaşlıq biznes səyahət həllərimizi nümayiş etdirir, hotel əməkdaşlarının işini asanlaşdırır və onların diqqətini qonaqların ehtiyaclarına yönəltməsinə imkan yaradır. “Bolt Business” xidmətləri şirkətin əsas missiyasının – “şəhərləri avtomobillər üçün yox, insanlar üçün yaratmaq” – bir hissəsidir və elektrik avtomobillərinin istifadəsi şəhərlərdə daha təmiz, yaşıl və insanlar üçün daha əlçatan mühitin formalaşmasına xidmət edir”.
