Pressa.az » Ölkə » Hava şəraiti ilə bağlı növbəti - Xəbərdarlıq

Hava şəraiti ilə bağlı növbəti - Xəbərdarlıq

28 oktyabr 2025, Çərşənbə axşamı, 17:40
Hava şəraiti ilə bağlı növbəti - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.