Azadlıq meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti dayandırılacaq
8 Noyabr - Zəfər Günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.
Oxşar Xəbərlər:
18 dek 2024, 11:11
26 may 2025, 10:26
08 sen 2024, 13:51
17 dek 2024, 11:53
