Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
 
İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.
Liderxeber.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar Xəbərlər:
 
	21 iyul 2024, Bazar günü
	Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
 
	27 mart 2025, Cümə axşamı
	İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2
 
	27 may 2025, Çərşənbə axşamı
	Ağdam rayonunun Kəngərli kənd sakinlərinə evlərinin açarları təqdim edildi


