Sədrlə bağlı 10 il məhdudiyyəti ləğv edilir
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi barədə məhdudiyyət ləğv olunur.
Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə yer alıb.
Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, 2017-ci ildən Vəkillər Kollegiyasına Anar Bağırov rəhbərlik edir. Onun ikinci səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Yeni dəyişiklikdən sonra Bağırov növbəti beşillikdə də sədr seçilə bilər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
30 sentyabr 2024, Bazar ertəsi
VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
