Pressa.az » Ölkə » Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin

Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin

04 noyabr 2025, Çərşənbə axşamı, 10:49
Metro ilə bağlı şikayətiniz varsa, bu nömrəyə zəng edin

“Bakı Metropoliteni” QSC-də 964 Əlaqə mərkəzi fəaliyyətə başlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq.

Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.