Pressa.az » Ölkə » Bakıda Zəfər yürüşləri keçirildi

Bakıda Zəfər yürüşləri keçirildi

06 noyabr 2025, Cümə axşamı, 10:53
Bakıda Zəfər yürüşləri keçirildi

Zəfər Gününün beşinci ildönümü münasibətilə bu gün Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə üç istiqamətdə təşkil olunan yürüş başa çatıb.

Liderxeber.az xəbər verir ki, Şəhidlər xiyabanından başlanan yürüş "Alov Qüllələri" Kompleksi - metronun "İçərişəhər" stansiyası - Qoşa qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi istiqamətində davam edib, Bəhram Gur heykəlinin yanında başa çatıb.

Q.Musabəyov parkından başlanan yürüş isə Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti istiqamətində davam edib, Şəhidlər xiyabanında başa çatıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

"Olimpik Star" İdman və Əyləncə Mərkəzinin yanından başlanan yürüş Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli istiqamətində davam edib, Neftçilər prospektində başa çatıb.

Hər üç yürüşün sonunda Dövlət Himni səsləndirilib.