Yanacağa görə yol vergisi kəskin artırılacaq
Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin məbləği növbəti ildən etibarən əhəmiyyətli dərəcədə artırılacaq.
Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.
Dəyişikliklərə görə, hazırda hər litr üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər yüksəldiləcək. Bu, 3.5 dəfə artım deməkdir.
Toplanacaq bu yol vergisinin dövlət büdcəsinin tərkibində hansı məqsədli büdcə fondları arasında necə bölüşdürüləcəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanda bir sıra kommunal xidmətlərin yeni qiymətləri müəyyənləşdirilib
