Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salındı
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin beşinci ildönümü münasibəti ilə Hacıqabul Quşçuluq Şirkəti tərəfindən genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub, şirkət ərazisində Zəfər Bağı salınıb.
Aksiyanın keçirildiyi ərazidə ilk öncə iməkcik təşkil olunub, ərazi yararsız tullantılardan təmizlənərək zeytun ağaclar əkilib, aqrotexniki qaydada qulluq işləri aparılıb.
Məlumat üçün bildirək ki, Zəfər Bayramı münasibəti ilə keçirilən iməclik şirkət ərazisində ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Tədbir çərçivəsində Hacıqabul Quşçuluq Şirkəti tərəfindən bayram münasibətilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatları göndərilib.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Hacıqabul Quşçuluq şirkəti həyata keçirdiyi korporativ sosial məsuliyyət tədbirləri içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur. Şirkət tərəfindən sosial aksiyaların keçirilməsi bundan sonra da davam etdiriləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
26 iyun 2025, Cümə axşamı
Hacıqabul Quşçuluq Şirkəti: Qərəzli kampaniyalara qarşı hüquqi tədbirlər görüləcək






