Pressa.az » Ölkə » Bakıda poliklinikanın həyətində baş verən torpaq sürüşməsinə magistral su xətti səbəb olub?

Bakıda poliklinikanın həyətində baş verən torpaq sürüşməsinə magistral su xətti səbəb olub?

12 noyabr 2025, Çərşənbə, 12:07
Bakıda poliklinikanın həyətində baş verən torpaq sürüşməsinə magistral su xətti səbəb olub?

Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsinə səbəb olan ərazidən magistral su xətti keçmir.

Bunu Liderxeber.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, qeyd edilən ərazidən Xətai Rayon Sukanal İdarəsinə məxsus heç bir su xətti keçmir. Həmin ərazidə sızma park ərazisindəki daxili xətlərdə baş verib.

Xətai Rayon İcra Hakimiyyətinin sözçüsü Pənah İmanov isə açıqlamasında bildirib ki, həmin ərazinin suvarılması üçün daxili xətlər çəkilib:

"Daxili xətlərdən birində beş verən qəza nəticəsində ərazidə sürüşmə olub. Xətt bərpa olunub və qəza aradan qaldırılıb".

Xətai rayonunda torpaq sürüşməsi ərazidən keçən magistral su xəttindəki qəza və sızma nəticəsində baş verib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, xətdə baş verən sızma nəticəsində torpaq qatı sürüşüb. Artıq problem aradan qaldırılıb, su xətti bərpa olunub. Hazırda ərazidə təmizlik işləri görülür.