MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Liderxəbər xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb", MN-dən bildirilib.
Oxşar Xəbərlər:
12 may 2023, Cümə
Ermənilər Azərbaycan Ordusunun sərhəddə və Tərtər, Xocalı, Şuşadakı mövqelərini atəşə tutub
16 iyun 2023, Cümə
Ermənilər Azərbaycan Ordusunun Gədəbəy və Şuşa istiqamətindəki mövqelərini atəşə tutub