Pressa.az » Ölkə » “Nəriman Nərimanov”un çıxışlarından biri bağlandı - Fotolar-Yenilənib

“Nəriman Nərimanov”un çıxışlarından biri bağlandı - Fotolar-Yenilənib

13 noyabr 2025, Cümə axşamı, 10:03
“Nəriman Nərimanov”un çıxışlarından biri bağlandı - Fotolar-Yenilənib

Metronun “Nəriman Nərimanov” stansiyasının çıxışlarından biri bağlanıb.

Liderxeber.az xəbər verir ki, bu gün səhərdən etibarən stansiyanın çıxışından (4) sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

İlkin məlumata görə, çıxış təmirə görə bağlanıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq, açıqlama veriləcəyi bildirildi.

***

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki,  “Nəriman Nərimanov” stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb:

“Təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələri xahiş olunur. İşlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulur”.