Pressa.az » Ölkə » Bu il intizamsızlığa görə 17 sürücü işdən azad edilib - Rəsmi açıqlama

Bu il intizamsızlığa görə 17 sürücü işdən azad edilib - Rəsmi açıqlama

17 noyabr 2025, Bazar ertəsi, 14:47
Bu il intizamsızlığa görə 17 sürücü işdən azad edilib - Rəsmi açıqlama

Hazırda "BakuBus" MMC-də 3 047 nəfər sürücü fəaliyyət göstərir.

Liderxeber.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən məlumat verilib.

Bildirilib ki, cari ilin bu gününədək, intizam tələblərinə riayət etməyən hallara görə, əmək qanunvericiliyinə uyğun olaraq 17 sürücü işdən azad edilib, 125 sürücü isə yazılı və şifahi xəbərdarlıq alıb:

"Qeyd edirik ki, sürücülərin işə qəbul zamanı keçirilən təlimlərinin bir hissəsi sərnişinlə ünsiyyət və davranış qaydalarının təlim proqramına daxil edilir. Bundan əlavə, bütün sürücülərlə sərnişinlərlə münasibətlərə dair mütəmadi söhbətlər aparılır".

Qurumdan vurğulanıb ki, 3 047 nəfərlik sürücü heyətinin hər birinin məsuliyyətli və peşəkar xidmət göstərməsi əsas prioritetdir:

"Bu səbəbdən, sərnişinlərlə münasibətdə pozuntu halları aşkarlandıqda, intizam prosedurları çərçivəsində müvafiq tədbirlər həyata keçirilir".