Rəşt şəhərində Xəzəryanı ölkələrin əməkdaşlıq görüşü keçirilib
İran İslam Respublikasının Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib. Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın rəsmi nümayəndə heyətləri iştirak edib.
Görüşdə sahilyanı regionlar arasında ticarət, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, investisiya və ekoloji sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri plenar iclaslarda müzakirə olunub. Tədbirdə İran İslam Respublikasının Xarici İşlər və Mədəniyyət nazirləri, eləcə də ölkənin digər dövlət qurumlarının rəsmiləri iştirak edib.
Azərbaycan nümayəndə heyətinin tərkibində sahilyanı regionları təmsil edən Lənkəran RİH başçısı Taleh Qaraşov, Neftçala RİH başçısı Mirhəsən Seyidov iştirak ediblər.
Tədbirin açılışın nitqində və xüsusi plenar sessiyada çıxışı zamanı Mirhəsən Seyidov, Xəzər dənizi regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi, sabitliyin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün mühüm strateji platforma olduğunu vurğulayaraq, Xəzərin üzləşdiyi qlobal ekoloji problemin həllində birgə səy göstərmək lazım olduğunu xüsusi ilə qeyd edib. Həmçinin, sahilyanı bölgələr arasında əlaqələrin genişlənməsi ticarət, turizm, nəqliyyat və ekoloji sahələrdə yeni imkanlar açır və ümumi regional rifaha xidmət etməsi ilə bağlı ətraflı məlumat verdi.
Görüş çərçivəsində Xəzəryanı regionlar arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, sərmayə layihələrinin təşviqi və sahilyanı ekosistemin qorunması üzrə bir sıra praktiki təkliflər müzakirə edilib.
İclasın sonunda, Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşünün Kommünikesi qəbul olunub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu






