Yasamaldakı yanğında zəhərlənənlərin kimlikləri bilindi - Siyahı
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində zəhərlənənlərin kimlikləri məlum olub.
Liderxeber.az xəbər verir ki, yanğın zamanı 26 nəfərdən 19-u - Qudiyev Altay Fərrux oğlu (2021), Məmmədova Amelya Zaur qızı (2025), Məmmədova Elmira Aslan qızı (1966), Məmmədova Fatimə Elçin qızı (1994), Qasımov Həsən Rüstəm oğlu (1991), Bünyatov Nurlan Eldəniz oğlu (1995), Ələsgərov Rəşad Arzu oğlu (1988), Məhəmmədov Samir Kamal oğlu (1984), Mirqasımova Səbahxanım Məhərrəm (1990), Mirqasımova Səma Emin qızı (2021), Muxtarova Təranə Qəribağa qızı (1959), Quliyev Vilayət Ədalət oğlu (1998), Məmmədov Zaur Emil oğlu (1988), Bayramlı Zəhra Xəqani qızı (2017), Babaxanova Səidə Anar qızı (2004), Babaxanov Vüqar Anar qızı (2009), Məmmədov Kənan Hüseyn oğlu (1987), Əliyev Hüseynəli Malik oğlu (2001), Abdullayeva Leyla (2025 - 7 aylıq) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə buraxılıb.
Hazırda 7 nəfərin - 2015-ci il Qəmbərli Leyli Əli qızının, 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl Samir oğlunun, Bəşirov Elçin İbrahim oğlunun (1987-ci il təvəllüdlü), Qənbərova Rəna Vüqar qızının (1990), Məhəmmədova Marta Rinatovnanın (1986), Qulamova Ləman Rəşid qızının (2000), Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər.
Hadisə ötən gün axşam saat saatlarında başlayıb.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
