Pressa.az » Ölkə » Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınır

Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınır

24 noyabr 2025, Bazar ertəsi, 08:00
Zəngilan rayonunun Məmmədbəyli  kəndinə növbəti köç karvanı yola salınır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Liderxeber.az xəbər verir ki, noyabrın 24-də Bakıdan Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınanlar respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 144 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.