Pressa.az » Ölkə » İmişlidə zəncirvari qəza - Xəsarət alanlar var - Yenilənib

İmişlidə zəncirvari qəza - Xəsarət alanlar var - Yenilənib

27 noyabr 2025, Cümə axşamı, 12:20
İmişlidə zəncirvari qəza - Xəsarət alanlar var - Yenilənib

İmişlidə zəncirvari qəza olub. 

Liderxeber.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı “Toyota”, “Mercedes” və “Hyundai” markalı 3 avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sol bud sümüyünün sınığı, sol sirkə kasasının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1960-cı və 1966-cı il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.