Pressa.az » Ölkə » "Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb

"Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb

28 noyabr 2025, Cümə, 17:11
"Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb

Binəqədi rayonu, "Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.