Pressa.az » Ölkə » Cəlilabadda da yanğın başladı - Video

Cəlilabadda da yanğın başladı - Video

02 dekabr 2025, Çərşənbə axşamı, 15:36
Cəlilabadda da yanğın başladı - Video

Cəlilabad rayonunda yanğın başlayıb.

Liderxeber.az xəbər verir ki, alov su-bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatının qamışlıq və quru ot örtüyündə başlayıb.

Yanğın küləyin təsiri ilə sürətlə genişlənib və tüstü bir neçə kilometr məsafədən görünür.

Əraziyə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hazırda alovun ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində tədbirlər görülür. Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, noyabrın 28-dən Kəlbəcərdə də yanğın başlayıb. Yanğın genişlənərək rayonunun Yuxarı Ayrım və Otaqlı kəndləri, həmçinin Laçın ərazisinə yayılıb. Hazırda yanğınların söndürülməsi istiqamətində işlər aparılır.