Pressa.az » İqtisadiyyat » Rusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilib

Rusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilib

03 dekabr 2025, Çərşənbə, 15:08
Rusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilib

Rusiyada fəaliyyət göstərən "Qlavprodukt" şirkətinin Azərbaycana göndərdiyi mal əti konsrvlərində donuz əti DNT-si aşkar edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə "All Exclusive" "Telegram" kanalına istinadən "İnsayder" nəşri məlumat yayıb.

Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib.

Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub.

Xəbərdə bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib.

Sentyabr ayında aparılan analizə əsasən, "Family Budget" markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib. Bu "Qlavprodukt"un Oryol vilayətindəki törəmə şirkəti olan "Oryolprodukt" ASC tərəfindən istehsal edilib.

Rusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilibRusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilib