Pressa.az » Ölkə » “Məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyurlar” - Yenilənib

“Məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyurlar” - Yenilənib

08 dekabr 2025, Bazar ertəsi, 12:16
“Məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyurlar” - Yenilənib

“Təhsildə Azərbaycan dili ilə bağlı əsas üç məqamı demək istərdim. İstənilən fənn kimi məzmun, müəllim və qiymətləndirmə öz-özlüyündə kifayət qədər texniki yanaşma tələb edir”. 

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.

“Dillə bağlı ayrı-ayrı tədqiqatlara əsaslanan müzakirələri daha faydalı hesab edirik. Müşahidələr onu göstərir ki, ənənəvi Azərbaycan müəlliminin sinif otağındakı davranışı ilə bugünkü müəllim arasında kifayət qədər fərqlər var, onları da problem kimi qeyd etməliyəm. İlk növbədə Azərbaycan dilinin tədrisi zamanı dinləmə və danışma, oxu, yazı dil qaydaların düzgün tədrisindən danışırıq. Bir çox hallarda müxtəlif maraqları təmsil edən insanlar tərəfindən məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyurlar.

Yəni biz 6 yaşlı uşaqdan dillə bağlı siyasi mövqe gözləyə bilmərik. Biz 6 yaşlı uşaqda dilə sevgi formalaşdırmaq üçün birinci bacarıqları formalaşdırmalıyıq. Biz geniş siyasi çağırışlarla 6 yaşlı uşağı daha yaxşı Azərbaycan dilində danışmağa sövq edə bilmərik. Bunun üçün müəllim, düzgün metodikaya ehtiyac var”, - nazir bildirib.

***

Nazir əlavə edib ki, məzmun nə olursa-olsun, dərslik nə qədər səmərəli yazılsa da, sonda sinif otağında ən vacib rolu oynayan müəllimdir: “Müəllimlərlə bağlı son illərdə keçirilən sertifikatlaşdırmada təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını müəyyən edib müqavilələrinə xitam vermişik. Onlardan 5 minə yaxını ibtidai sinif, 1000 nəfərə qədəri isə Azərbaycan dili müəllimləri idi.

Müəllimin özünün səriştəli olmağı minimal zəruri şərtdir. Bünövrə ibtidai təhsildə qoyulur. Düzgün qoyulmadıqda növbəti mərhələlərdə həmin təhsilalanda bacarıqların inkişafı da problemli olur”.