Pressa.az » Ölkə » “Bu sözü Azərbaycan dilinə Rəsul Rza yox, Xəlil Rza gətirib” - Anar

“Bu sözü Azərbaycan dilinə Rəsul Rza yox, Xəlil Rza gətirib” - Anar

08 dekabr 2025, Bazar ertəsi, 14:03
“Bu sözü Azərbaycan dilinə Rəsul Rza yox, Xəlil Rza gətirib” - Anar

“Hamının, hətta rəsmi dairələrində “tormoz” sözünü müdafiə etdiyi bir zamanda Rəsul Rza belə bir təklif irəli sürdü: “Dilimizdə əyləmək sözü varsa, niyə onun əsasında əyləc sözünü yaratmayaq?”​ Göydələn, öləri, çimərlik sözlərinin dilimizdə banisi Rəsul Rzadır”. 

Liderxeber.az xəbər verir ki, bunu deputat Elnarə Akimova Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.

AYB sədri Anar Rzayev də deputatın çıxışına münasibət bildirib: “Elnarə Akimova Rəsul Rza haqqında çox dəyərli fikirlər səsləndirdi. Amma qeyd etmək istəyirəm ki, “çimərlik” sözünü Azərbaycan dilinə Xəlil Rza gətirib. Ona görə də özgə malını qeyd etməyək”.