“Metodistlər yüksək əməkhaqqı alacaqlar”
“Hazırda 400-ə yaxın məktəbə metodik dəstək verilməkdədir. Bu yalnız ekspert gəlib kimisə öyrətməklə deyil, müəllimlə bir yerdə işləyərək ona metodik dəstək verilməsidir”.
Liderxeber.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.
O qeyd edib ki, sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin arasından metodistlər seçiləcək: “Bunlar 50 baldan yuxarı nəticə göstərən müəllimlər olmalıdır. Metodist işləmək ümün ümumilikdə 5000 müraciət olunub və 325 metodist və 22 aparıcı metodist onların arasından seçilib. Təhsil İnstitutunda onlarla seminarlar keçirilir. Onlar həmişə öz üzərlərində işləyəcək və məktəblərdə də müəllimlərə dəstək olacaqlar. Bu həm də əməkkhaqqısı olan işdir, metodistlər yüksək əməkhaqqı alacaqlar”.
E. Əliyev əlavə edib ki, məqsəd 2030-cu ilədək ölkənin bütün məktəblərində metodik dəstəyin təmin olunmasıdır.
