Pressa.az » Ölkə » Sumqayıtda avtobus palçıqlı yolda batdı - Video

Sumqayıtda avtobus palçıqlı yolda batdı - Video

11 dekabr 2025, Cümə axşamı, 09:37
Sumqayıtda avtobus palçıqlı yolda batdı - Video

Bir neçə gündür yağan aramsız yağışlar Sumqayıtda da fəsadlar törədib.

Liderxeber.az xəbər verir ki, yağışda sonra şəhərin İnşaatçı qəsəbəsində nəqliyyat vasitələrinin qazıntı aparılmış yolda batmasını əks etdirən görüntülər yayılıb.

Bildirilib ki, qəsəbədəki 9 saylı orta məktəbin qarşısındakı yolda “İsuzu” markalı marşrut avtobusu və yük avtomobili batıb.

Batan nəqliyyat vasitələrini çıxarmaq üçün əraziyə texnika cəlb edilib.

Görüntüləri təqdim edirik: