Pressa.az » Ölkə » 5 aptekə protokol tərtib edildi

5 aptekə protokol tərtib edildi

11 dekabr 2025, Cümə axşamı, 13:24
5 aptekə protokol tərtib edildi

Bakı və bölgələrdə 5 aptekdə çatışmazlıqlar aşkar olunub. 

Liderxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparılıb:

“Yoxlanış aparılan apteklərdən 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında baş tutub. Mərkəz tərəfindən 22 aptekdə planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. 

Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilməsi ilə İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib”.