Pressa.az » Ölkə » “6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...”

“6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...”

11 dekabr 2025, Cümə axşamı, 13:06
“6-7 ildir hər qış bu yolda əziyyət çəkirik...”

İntensiv yağan yağış nəticəsində Sabunçu rayon Yavər Əliyev küçəsini su basıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı sakinlər və sürücülər AzTV-yə müraciət ediblər.

Sürücülərdən biri qeyd edib ki, bu vəziyyət 6-7 ildir, eynidir: “Hər il qışda bu əziyyəti çəkirik. Qonşuların evi dəfələrlə su altında qalıb”.

Digər vətəndaşın sözlərinə görə, bu yolu hər gün getdiklərindən maşınlarında problem yaranır: “Yolda kanalizasiya sistemi işləmir. Ona görə də yol bərbad vəziyyətdədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda tullantı su şəbəkəsinin yenilənməsi layihəsi hazırlanıb: “İşlərə başlanılması məqsədilə müvafiq qurumlara müraciət olunub. Onlardan müsbət cavab alındqdan sonra layihənin icrası reallaşdırılacaq”.