Pressa.az » Ölkə » Heydər Əliyevin xatirəsi Xəzər rayonunda da yad edildi - Fotolar

Heydər Əliyevin xatirəsi Xəzər rayonunda da yad edildi - Fotolar

13 dekabr 2025, Şənbə, 11:24
Heydər Əliyevin xatirəsi Xəzər rayonunda da yad edildi - Fotolar

Dekabrın 12-də Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin əziz xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüblər.

Liderxeber.az xəbər verir ki, anım günü ilə əlaqədar Xəzər RİH tərəfindən ehsan süfrəsi təşkil olunub. 

Təşkil olunan ehsan süfrəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Xəzər rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin bərpası, xalqın birliyi, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən bəhs ediblər.

Ehsan süfrəsi mərasimi çərçivəsində iştirakçılar birgə dualar oxuyaraq Heydər Əliyevin əziz xatirəsini yad ediblər.