Üç avtomobil toqquşdu - Broyler toyuqları ətrafa dağıldı
Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.
Liderxeber.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistral yolda qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.
Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa dağılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
10 may 2025, Şənbə
İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - YENİLƏNİB
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
