Pressa.az » Ölkə » Taleh Qaraşovun oğlu general oldu

Taleh Qaraşovun oğlu general oldu

15 dekabr 2025, Bazar ertəsi, 16:25
Taleh Qaraşovun oğlu general oldu

Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib.

Liderxeber.az xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur.

Ona “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, S.Qaraşov FHN-in Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.