"Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı" təsdiq olundu
"Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı" təsdiq olunub.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Tədbirlər planına əsasən, ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet olan sahələrə aid ixtisaslar üzrə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili nəzərdə tutulur. 2025-2030-cu illər üçün nəzərdə tutulan proqramın icraçıları Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları olacaq.
Həmçinin 2026-2030-cu illər aralığında beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili nəzərdə tutulur.
Bundan başqa, 2025-2030-cu illərdə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi çərçivəsində elmi-tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi proqram çərçivəsində həyata keçiriləcək.
Nəzərdə tutulan digər istiqamətlərdən biri də mütəmadi olaraq beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi və yerli professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsidir.
Həmçinin proqram çərçivəsində nəzərdə tutulan digər istiqamətlər aşağıdakılardır:
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi çərçivəsində elmi-tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi - mütəmadi.
Beynəlxalq ikili diplom proqramlarının icrasına, o cümlədən maliyyə vəsaitlərinin xərclənməsinə dair monitorinqlərin keçirilməsi - mütəmadi.
Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin təhsil proqramlarının yenilənməsi və təkmilləşdirilməsi işinə cəlb edilməsi - 2026-2030-ci illər aralığında.
Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professormüəllim heyəti ilə bağlı məlumatların idarə olunması üçün ali təhsil müəssisələri ilə birgə yaradılmış elektron məlumat bazasının yenilənməsi - mütəmadi.
